Modern.az

Qonaq gəldiyi evdən oğurluq edən şəxs saxlanıldı

Qonaq gəldiyi evdən oğurluq edən şəxs saxlanıldı

11 İyun 2024, 16:04

Lənkəran şəhəri ərazisindəki evlərdən birindən 3195 manat pulun naməlum şəraitdə oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Ramin Kazımov müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxs qonaq gəldiyi evin sahibinin diqqətinin yayınmasından istifadə edərək oradan oğurluq edib.

 

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi