Modern.az

Adına saxta səhifə açılan şəxslərə XƏBƏRDARLIQ

Adına saxta səhifə açılan şəxslərə XƏBƏRDARLIQ

11 İyun 2024, 16:29

Son günlər sosial şəbəkələrdə vətəndaşların xəbəri olmadan onların adına açılan saxta səhifələrlə bağlı xəbərlər yayılır. Belə ki, insanların adına açılan saxta səhifələrdə dələduzluq edilir, digərlərinin bank kartlarını oğurlamağa çalışırlar.

 

Mövzu ilə bağlı Modern.az-a danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, dələduzluq əməlini adına səhifə açılan şəxsin özünün törərmədiyi, onun adından istifadə edildiyi sübut edilərsə, həmin şəxs zərərçəkmiş qismində tanınır:

 

“Bu kimi hallar baş verdikdə dərhal bu barədə polisə məlumat vermək lazımdır. Bu halla qarşılaşan şəxs polisə bildirməlidir ki, onun adından, görüntülərindən yaxud hansısa şəxsi məlumatlarından istifadə edərək dələduzluq əməli törədən şəxslər mövcuddur və bu səhifələr ona məxsus deyil. Vətəndaş bu kimi vəziyyətlərdə hüquq-mühafizə orqanlarından qanunamüvafiq tədbirlərin görülməsini xahiş etməlidir”.

 

Rəşid Qarayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?