Modern.az

Naxçıvan və Lənkəranda intihar hadisəsi

Naxçıvan və Lənkəranda intihar hadisəsi

11 İyun 2024, 17:36

Naxçıvan şəhərində 40 yaşlı kişi intihar edib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Əliabad qəsəbəsi, döngə 24, ev 1 ünvanında baş verib.

 

Belə ki, Kəngərli rayon, Çalxanqala kənd sakini 1984-cü il təvəllüdlü İbrahimov Ayaz Nurəddin oğlu qonaq gəldiyi qardaşı İbrahimov Əfqan Nurəddin oğlunun evində özünü asıb.

 

Faktla bağlı Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır.

 

Bundan başqa, Lənkəran rayonunda da intihar hadisəsi qeydə alınıb.

 

Belə ki, bu gün günorta saatlarında Lənkəran rayonunun dağlıq kəndi olan Diryan meşə ərazisində  həmin kənd sakini 2002-ci il təvəllüdlü Tərlan Əfqan oğlu Kəlbiyevin meyiti asılmış vəziyyətdə aşkarlanıb. 

 

Meyit aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi