Modern.az

14 tona yaxın çətənə kolu məhv edildi 

14 tona yaxın çətənə kolu məhv edildi 

11 İyun 2024, 18:19

Naxçıvanda 14 tona yaxın yabanı halda bitən çətənə bitkisi məhv edilib.

 

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Naxçıvan polisinin keçirdiyi “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

 

Ümumi çəkisi 14 tona yaxın olan 522 447 ədəd çətənə kolu yandırılıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?