Modern.az

Avtomat və tapança satan şəxs saxlanıldı - FOTO

Avtomat və tapança satan şəxs saxlanıldı - FOTO

Aktual

12 İyun 2024, 07:44

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı 2000-ci il təvəllüdlü Azər Abbasov saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a bildirilib ki, ondan 12 ədəd müxtəlif markalı avtomat və tapança aşkarlanıb.

 

Saxlanılan şəxs silahları Göygöl rayonu ərazisindən götürdüyünü və satmaq üçün Gəncə şəhərinə gətirdiyini bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb, A. Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?