Modern.az

Nazir Aİ nümayəndəsi ilə COP29-a hazırlığı müzakirə etdi

Nazir Aİ nümayəndəsi ilə COP29-a hazırlığı müzakirə etdi

Aktual

12 İyun 2024, 08:46

Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a bildirilib ki, Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ətraf mühitin mühafizəsi sahəsində cari və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

 

Eyni zamanda, ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?