Modern.az

Bakı–Ağstafa qatarlarının sayı 2 dəfə artırılır

Bakı–Ağstafa qatarlarının sayı 2 dəfə artırılır

Aktual

12 İyun 2024, 10:30

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Qərb bölgəsinin sakinlərindən daxil olan müraciətləri nəzərə alaraq Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin sayını iki dəfə artırır.

 

Modern.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, iyunun 14-dən sürətli qatarlar artıq hər gün səhər və axşam saatlarında həm Bakıdan, həm də Ağstafadan hərəkət edəcək.

 

Bu da hər iki istiqamətdə hərəkət edən sərnişinlərin rahatlığını təmin edəcək.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?