Bu ilin yanvar-may aylarında şəhərətrafı və ölkədaxili qatarlarla 3,3 milyon sərnişin rahat və təhlükəsiz mənzilbaşına çatdırılıb.
Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21 % çoxdur.
"ADY-nin yeni alınmış qatarlarının istismara cəlb olunması sərnişindaşıma xidmətinin daha da təkmilləşdirilməsi və statistik nəticələrin artımına səbəb olacaq.", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, ADY 2023-cü ildə ilk dəfə ərzində 7 milyon sərnişin daşıyıb. Bu göstərici pandemiyadan öncəki ölkədaxili və beynəlxalq daşımaların ümumi statistikasına nisbətdə iki dəfə çoxdur.