Modern.az

Azərbaycanda bu şəxslərin skuter sürməsi qadağan EDİLİR

Azərbaycanda bu şəxslərin skuter sürməsi qadağan EDİLİR

Aktual

12 İyun 2024, 11:10

Azərbaycanda 14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə icazə veriləcək.


Modern.az xəbər verir ki, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik təklif olunur.


Dəyişikliyə əsasən, 14 yaşdan Azərbaycan ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ siyahısına velosiped və ya araba ilə yanaşı, kiçik elektrik nəqliyyat vasitəsi də əlavə edilir.


Məlumat üçün bildirək ki, kiçik elektrik nəqliyyat vasitəsi – gücü 1 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilən, bir nəfərin daşınması üçün nəzərdə tutulan mobil nəqliyyat vasitələridir. Qeyd edək ki, Azərbaycanda son illər məşhurlaşan skuterlər də bu nəqliyyat vasitələrindən hesab edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu