Modern.az

Türk birliyinin inkişafı üçün vacib SƏFƏR...

Türk birliyinin inkişafı üçün vacib SƏFƏR...

12 İyun 2024, 15:22

Azərbaycan Prezidenti İlham Əliyev Misir səfərinin ardından iyunun 10-da Türkiyəyə gedib. Görüş qardaş ölkə lideri Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutub. İki ölkənin lideri arasında baş tutan görüşdə ölkələrimiz arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Həmçinin Türk Dövlətləri Təşkilatının və qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti bir daha qeyd olunub. Prezident Rəcəb Tayyib Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirib və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

 

Səfərlə bağlı Modern.az-a danışan Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım iki ölkə rəhbəri arasında baş verən görüşün əsas müzakirələri barədə məlumat verib:

 

"Türkiyə-Azərbaycan əlaqələri müttəfiqlik səviyyəsindədir. Hər iki lider əlaqələrin bu istiqamətdə davam etdiyini vurğuladılar. Türkiyə ilə Azərbaycan arasındakı enerji, nəqliyyat məsələləri, ticarət əlaqələrinin genişləndirilməsi, Hərbi müdafiə sənayesi və digər sahələrlə bağlı çox vacib fikir mübadilələri aparıldı. Enerji sahəsində boru kəmərlərinin genişləndirilməsi mövzusu, nəqliyyat sahəsində isə Bakı-Tblisi-Qars dəmiryolunun imkanlarının artırılması məsələsi danışıldı ki, bu, çox önəmli məsələdir. Sözügedən istiqamətlərdə müəyyən nöqtəyə çatdılar. Ticarət həcminin 15 milyar dollar səviyyəsinə çatması ilə bağlı hər iki ölkə ciddi addımlar atır. Türk Dövlətləri Təşkilatının inkişafı üçün iyulda liderlərin Zirvə Toplantısı olacaq. Şimali Kipr Türk Cümhuriyyətinin tanınması məsələsini də liderlər müzakirə etdilər. Prezident Ərdoğan cənab İlham Əliyevə Azərbaycan Milli Məclisində Şimali Kiprlə dostluq qrupunun yaradılmasına görə təşəkkür etdi. Bu vacib hadisə idi. Ardından cənab Əliyev COP29-la əlaqədar dəvətini cənab Rəcəb Tayyib Ərdoğana çatdırdı. COP29 olduqca önəmli iqlim zirvə toplantısıdır. Təxminən 50 min insanın bu beynəlxalq tədbirə gələcəyi qeyd edilir. Bununla bağlı hazırılıqlarda Türkiyənin hər zaman Azərbaycanın yanında olduğu bildirildi. Beynəlxalq ictimaiyyətə baxdıqda hadisələr istər Avropa İttifaqı, istərsə də ABŞ-də mövcud iqtidarların əleyhində inkişaf edir. Fransada prezident seçkilərinin elan edilməsi, Belçikada Baş nazirin istefa verməsi kimi bir çox səbəbdən ötrü Türk birliyinin daha da inkişafı üçün fərqli addımlar atılmalı olduğu müzakirə edildi. Türk dövlətlərinin daha sıx bir araya gəlib gücünü, potensialını daha yaxşı istifadə etməsi məsələsi gündəmə gəldi".

 

Şamil Ayrım vurğulayıb ki, liderlərin sıx görüşməsi əhəmiyyətlidir. O fikirlərini belə əsaslandırıbB

 

"Azərbaycanla Türkiyə münasibətləri olduqca dinamikdir. Hadisələr olduqca sürətlə inkişaf edir. Yeni addımlar atılmalı ola bilər. Liderlərimizin sıx bir araya gəlməsini mən olduqca əhəmiyyətli hadisə kimi qiymətləndirirəm. Türkiyə-Azərbaycan münasibəltərinin müttəfiqlikdən də yuxarı səviyyəyə qalxacaq. Bu gün gündəmdə olan əsas məsələlərdən biri də sülh razılaşmasıdır. Sülh və bundan sonra Türkiyə ilə Ermənistanın quru sərhədlərinin açılması da müzakirə edilir. Cənab İlham Əliyev Ermənistanın konstitusiyasının dəyişdirilməli olduğunu cənab Ərdoğana çatdırdı. Sülh sazişinin imzalanması istiqamətində iki məsələ var. Bunlardan biri Minsk qrupunun ləğv olunmasıdır. Azərbaycan buna çox önəm verir və bunda haqlıdır. Çünki 30 ildə Minsk qrupu problemin həllində  heç bir addım atmadı. Azərbaycan haqlı mübarizədə olmasına baxmayaraq bir nəticə əldə edə bilmədi. Ona görə də etibarlılığını itirən Minsk qrupu və Azərbaycanın 3000-dən çox övladının 44 günlük Vətən müharibəsində şəhid olmasına səbəb olan qurum ləğv olunmalıdır. Bu qrumun 30 ildə sülhlə həll edə bilmədiyi problemi Azərbaycan özü aradan qaldırdı. Birinci şərt olaraq Ermənistan bu qrupdan imtina etməlidir. Digər yandan Ermənistan konstitusiyasında, Müstəqillik bəyannaməsində Qarabağın Ermənistana bağlı olduğu, eyni zamanda Türkiyənin bir  sıra şərq ərazilərinə iddia var. Bunlar qəbuledilməzdir. Bu iki şərt çox vacibdir. Paşinyan da bir sıra toplantılarda buna müsbət yanaşdığını dilə gətirdi. Hazırda Ermənistanda  nə qədər keşişlərin, radikal milliyyətçi qruplrın etirazlarına baxmayaraq, əsas məsələ Paşinyanın və bir sıra erməni ziyalılarının məsələyə isti münasibət göstərmələri vacibdir. Böyük ehtimalla Ermənistan Azərbaycan bu iki şərtini qəbul edəcək. Bunlar Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü Azərbaycanın gücüdür".

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri