Modern.az

Varşava Azərbaycan Evində karyera təlimi müsbət nəticələr verib

Varşava Azərbaycan Evində karyera təlimi müsbət nəticələr verib

Aktual

12 İyun 2024, 12:53

Polşada təhsil alan tələbə soydaşlarımız üçün Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2024-cü ilin aprel ayında başlayan karyera təlimi başa çatıb. Layihə Polşanın Varşava şəhərində yerləşən Azərbaycan Evində həyata keçirilib. Dərslər Varşava Azərbaycan Evinin Təlim-Tədris Mərkəzinin rəhbəri, maliyyə və karyera planlaması üzrə təlimçi Elçin Eyvazov tərəfindən tədris olunub.

 

Daxil olmuş çoxsaylı müraciətlər arasından müsahibə yolu ilə seçilmiş 50 nəfər tələbə ilə dərslər uğurlu şəkildə davam etdirilib. Karyera təliminə 25 nəfər onlayn, 25 nəfər isə Azərbaycan Evində əyani şəkildə qoşulub.

 

Təlim öz müsbət nəticəsini verib və qısa müddətdə tələbələr bir neçə yüksək vəzifə tutub. Həmin tələbələrdən 2 nəfər “Citi Bank”, 1 nəfər “Zeitgeist Asset Management”, 1 nəfər “Solenis” şirkətində müxtəlif vəzifələrə qəbul ediliblər.

 

Layihə Polşada yaşayan və ya Polşaya gəlməyi planlaşdıran tələbələrin şirkətlərdə iş tapması, karyera həyatında inkişafı, şəxsi inkişafları baxımından əhəmiyyətlidir. Bu səbəbdən də "Təqaüdlü Karyera Təlimi" davam etdirilir və yeni dövrünün dərslərinə qeydiyyat aparılır.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?