YAP Kəlbəcər rayon təşkilatı Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon sektorunun Yevlax şəhərində fəaliyyət göstərən 30 saylı tam orta məktəbində 11 İyun 2024-cü il tarixində 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş "Azərbaycanı xilas edən dahi - Heydər Əliyev" adlı maarifləndirmə tədbiri keçirib.
Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğurunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov məktəblilərə Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və Azərbaycan dövləti qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat verərək bildirdi ki, xalqımız 15 iyun Milli Qurtuluş Gününü qeyd etməyə hazırlaşır. Ölkəmizin qurtuluş tarixinə çevrilən bu gözəl günü artıq bir neçə ildir ki, torpaqları işğaldan azad olunmuş, doğma Qarabağımızda, Xankəndidə, Şuşada Azərbaycan bayrağının dalğalandığı şəraitdə, qürurlu vətəndaşlar kimi qeyd edirik. 2020-ci ildə Prezident, Al Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində, xalqımızın iğid oğullarının qanı bahasına 44 günlük müharibədə qazanılan zəfərlə işğal altındakı bütün torpaqlarımız erməni işğalından azad edilib.
Bəli, bu gün biz bütöv və müstəqil Azərbaycanda yaşayırıq. Bu tarixi uğurlarımızın əsası isə 1993-cü ilin 15 iyununda, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra qoyuldu. Ulu Öndərin xalqın səsinə sə verərək hakimiyyətə qayıtması ilə Azərbaycan xos və anarxiyadan, dövlətçiliyimiz isə məhv olmaqdan xilas olub. Məktəbin direktoru Zahid Kazlmov çıxış edərək bildirdi ki, İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ulu öndər Heydər Əliyevdir.Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçiliyini ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev uğurla davam etdirir.