Omanda geniş oxucu kütləsinə malik olan “omanobserver.om” saytında “Mədəni birliyin təntənəsi: Şuşa – Şərqin mədəniyyət beşiyi” başlıqlı məqalə dərc olunub.
Məqalədə bildirilib ki, 31 may tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Ərəb Ölkələri üzrə Azərbaycanlılarının Koordinasiya Şurasının Oman üzrə koordinatoru Dr. Səidə Xəlilovanın təşkilatçılığı ilə Oman Sultanlığında “Şuşa – Şərqin mədəniyyət beşiyi” adlı musiqili konsert keçirilib.
Tədbirlə bağlı geniş məlumatın əks olunduğu yazıda konsertin möhtəşəm və ahənglə keçdiyi, istedadlı gənc musiqiçilərlə yanaşı, ümumilikdə 300 nəfər qonağın iştirak etdiyi də vurğulanıb.
Daha ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz: