Modern.az

Tədarük məntəqələrinə 190 ton yaş barama təhvil verilib

Tədarük məntəqələrinə 190 ton yaş barama təhvil verilib

13 İyun 2024, 13:08

Respublikada yaş barama tədarükü davam edir. İyunun 13-dək kümçülər tərəfindən tədarük məntəqələrinə 190,2 ton yaş barama təhvil verilib.

 

Moddern.az xəbər verir ki, hər il olduğu kimi bu il də ən çox barama tədarükü Zərdab rayonunda aparılıb. Zərdab kümçüləri tədarük məntəqələrinə 40 tondan artıq yaş barama təhvil veriblər. Məhsul tədarükünə görə, Zaqatala (21 ton 353 kq), Ağcabədi (19 ton 854 kq), Balakən (15 ton 141 kq), Bərdə (12 ton 173 kq) və Lənkəran (7 ton 533 kq) rayonları öndə gedir.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.

Bu il dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 90 000 qutu ipəkqurdu toxumu paylanıb. Cari ildə Azərbaycanın 40 rayonunda, o cümlədən Naxçıvan Muxtar Respublikasında yaş barama tədarükü aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var