Modern.az

Bayram günlərində hava necə olacaq?

Bayram günlərində hava necə olacaq?

Aktual

13 İyun 2024, 16:12

Qarşıdan gələn bayram günlərində ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var.

 

Modern.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

 

“Bu səbəbdən tətil günlərində bölgələrə səfər edən vətəndaşlara tövsiyə edirik ki, hava məlumatlarını və hava ilə bağlı xəbərdarlıqları diqqətlə izləsinlər və səyahət planlarını hava proqnozlarına uyğun qursunlar. Xüsusilə magistral avtomobil yollarında əlverişsiz havada daha diqqətli olsunlar, təhlükəsizlik qaydalarına ciddi əməl etməl etsinlər" - o qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyaya dağıdıcı zərbələr-Bu yerlər vurulur