Modern.az

Gəncə Dövlət Universiteti “THE Impact Ranking” reytinq siyahısında

Gəncə Dövlət Universiteti “THE Impact Ranking” reytinq siyahısında

Aktual

13 İyun 2024, 15:46

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) tərəfindən Banqkok şəhərində keçirilən Qlobal Davamlı İnkişaf Konqresi çərçivəsində “THE Impact Ranking”  reytinqinin 2024-cü il üçün nəticələri elan edilib.

 

Elm və Təhsil Nazirliyinin Modern.az-a verdiyi məlumata görə sözügedən reytinqə daxil olan Azərbaycan universitetlərinin sayı ötən ilə nisbətən 2 dəfədən çox artaraq 18-ə yüksəlib.

 

İlk dəfə olaraq bu müsabiqədə iştirak edən Gəncə Dövlət Universiteti (GDU) 4 istiqamət (məqsəd) üzrə qiymətləndirilib. “THE Impact 2024” reytinqinin nəticələrinə əsasən, GDU “Yoxsulluğa son qoymaq”, “Yaxşı səhiyyə və rifah”, “Keyfiyyətli təhsil” və  “Dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün əməkdaşlıq” istiqaməti üzrə əhəmiyyətli sıralarda  qərarlaşıb.

 

Qeyd edək ki, “THE Impact Ranking” BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq universitetlərin qiymətləndirildiyi qlobal effektivlik cədvəlidir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır