Modern.az

NATO-nun əməkdaşları HHQ-nin hərbçilərinə kurs keçir - FOTO

NATO-nun əməkdaşları HHQ-nin hərbçilərinə kurs keçir - FOTO

Aktual

13 İyun 2024, 16:56

2024-cü il üçün NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq proqramına əsasən, NATO-nun Hərbi Hava Qüvvələri Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakı şəhərində HHQ-nin şəxsi heyəti ilə "HHQ-də hava məkanının idarə olunması və nəzarət" mövzusunda kurs keçirilir.

 

Modern.az-ın məlumatına görə, bu barədə xəbəri Müdafiə Nazirliyi yayıb.

 

Qeyd edilib ki, kursun məqsədi NATO-da hava məkanının idarə olunması, eləcə də hava məkanına nəzarət fəaliyyətlərinin əsas prinsiplərini tədris etmək, dinləyicilərin ixtisaslar üzrə nəzəri biliklərini təkmilləşdirməkdir.

 

Təlim kursu iyunun 14-dək davam edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var