Modern.az

Neftçalanın icra başçısı taxıl biçini ilə tanış oldu - FOTOLAR

Neftçalanın icra başçısı taxıl biçini ilə tanış oldu - FOTOLAR

Aktual

13 İyun 2024, 19:05

Respublikanın bölgələrində olduğu kimi Neftçala rayonunda da, arpa biçini davam edir.

 

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Yuxarı Qaramanlı kəndində fermerlərin, Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə fermer, Mütəllimmov Rüfət Əlifağa oğlunun taxıl sahəsində biçinin gedişi ilə tanış olub.

 

Fermerlə səmimi görüş zamanı, payızlıq taxıl əkini dövründə onları narahat məsələlər, gübrə təminatı, əkin subsidiyalarının, əkin suyunun vaxtında verilməsi, kənd təsərrüfatı texnikaları ilə təminat məsələləri Rayon İcra Hakimiyyəti başçısı tərəfindən ətraflı öyrənilmiş, qarşılıqlı fikir mübadiləsi aparılmış, fermerləri maraqlandıran suallar cavablandırılmışdır. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün “Aqroservis” ASC tərəfindən Neftçala rayonuna digər bölgələrdən əlavə cəlb olunmaqla ümumilikdə 61 ədəd kombayn dislokasiya edilmişdir.

 

Biçin dövrünü ilk başlandığı rayonlardan biri olan Neftçala rayonunda payızlıq əkin dövründə 26715 hektar sahədə arpa əkilmiş, 75,4 faiz arpa biçini yekunlaşıb, 20161 hektar sahədən 40322 ton məhsul yığılıb, arpa üzrə orta məhsuldarlıq 20,1 sentner təşkil edir və hazırda arpa biçini davam etməkdədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya dağıdıcı zərbələr-Bu yerlər vurulur