Modern.az

Yanacaqsaxlama çəninin istismarı dayandırıldı - VİDEO

Yanacaqsaxlama çəninin istismarı dayandırıldı - VİDEO

Aktual

14 İyun 2024, 09:50

Daşkəsən rayonunda yanacaqsaxlama çəninin istismarı dayandırılıb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, Gurbulaq kəndində yerləşən yanacaqsaxlama çənində növbədənkənar yoxlama aparılıb, insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Belə ki, istismar olunan bir ədəd yanacaqsaxlama çəninin üzərində nəfəslik klapanının quraşdırılmadığı, boşalma zamanı avtoçənin ümumi torpaqlama konturuna birləşdirmə vasitəsinin olmadığı müəyyənləşib.

 

Nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq yanacaqsaxlama çəninin istismarı dayandırılıb.

 

 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?