Modern.az

Qazilərin problemlərin həll olunması üçün komitə yaradılsın! - Deputatdan TƏKLİF

Qazilərin problemlərin həll olunması üçün komitə yaradılsın! - Deputatdan TƏKLİF

Aktual

14 İyun 2024, 11:36

“Qazilərin intihar xəbərləri bizi narahat edir”.


Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında deputat Tahir Kərimli bildirib. 

 

Tahir Kərimli qeyd edib ki, bəzi qazilər özlərini yalnız hiss edir.

 

"Bir çox ölkələrdə qazilərlə bağlı qurumlar olur. Onların problemləri müzakirə olunur, həll edilir. Mən təklif edirəm ki, qazilərin problemlərin həll olunması üçün ən azı komitə yarada bilərik. Ora bəzi müəssiələrdən, sahibkarlardan pul köçülürlə bilər. Bundan əlavə, qazilərin problemlərinə qurumlardan dəstək olunmalıdır. Kişinin ayağı yoxdur, ona ikinci dərəcə əlillik verilmir. Bunları özümüzü göstərmək üçün demirik, qazilərin problemi həll olunmalıdır”,-deyə o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu