Modern.az

Şəhid ailələrinin ev növbəsi pozulur? - Nazirdən cavab

Şəhid ailələrinin ev növbəsi pozulur? - Nazirdən cavab

Aktual

14 İyun 2024, 11:58

"Kiminsə növbəsini pozaraq ev verilməsi halları baş verə bilməz. Kiməsə deyə bilmərik ki, sənin sıranı pozuruq, başqasına verəcəyik. Şəhid ailələrinin hər biri bizim üçün əzizdir".

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. 

 

“Qanunvericiliyin müəyyən etdiyi qaydada növbəli şəkildə hamısına mənzil verilir. Növbəlilik siyahısı ilə bağlı hər hansı şəxsdə sual yaranmaması üçün e-sosial portalında və nazirliyin müvafiq səhifələrində siyahı yerləşdirilib”, - nazir qeyd edib.

 

O vurğulayıb ki, sosial əhatəlilik dairəsinin genişləndirilməsi üçün tədbirlər görülür. 

 

“Qanunvericilikdə məhdudiyyət varsa, o məhdudiyyətə rəğmən pul verilə bilməz. Qanunda olan məhdudiyyətlər də zamanında əsaslandırılıb. Qanuna dəyişiklik təklifi varsa, baxa bilərik. Bu gün 300 mindən çox vətəndaşımıza ünvanlı sosial yardım verilir”, -deyə nazir qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?