Modern.az

Nikah üçün tibbi müayinə qaydaları sərtləşdirilməlidir!

Nikah üçün tibbi müayinə qaydaları sərtləşdirilməlidir!

Aktual

14 İyun 2024, 12:52

"Bu ilin 4 ayında nikah bağlayanların sayı 14 min, boşananların sayı isə 7 min olub. Hesab edirəm ki, boşanmaların səbəbləri içərisində minimum 30 faizi tibbi müayinə ilə bağlı məsələnin ciddi şəkildə əməl olunmaması ilə bağlıdır".


Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında Milli Məclisin Mədəniyyət komitəsinin iclasında Fazil Mustafa bildirib. 

 

“Onlarla ailə var ki, ailə qurandan iki ay sonra fərdlərdən birinin ağır xəstəliyə düçar olduğu bəlli olur. Bir ailənin sütunu başdan dağılmış vəziyyətə gəlib çıxır. Söhbət boşanmadan, ayrılmadan getmir. İki nəsil arasında böyük problemlər yaşanmış olur. Tibbi müayinə ilə bağlı qaydalar ciddi şəkildə sərtləşdirilməlidir",-deyə o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri