Modern.az

“28 May” stansiyasının qarşısı belə olacaq - FOTOLAR

“28 May” stansiyasının qarşısı belə olacaq - FOTOLAR

Aktual

14 İyun 2024, 14:32

 “28 May” stansiyasının və Dəmiryol vağzalının qarşısında təmir-yenidənqurma işləri başlayıb
Paytaxt Bakıda ümumi sahəsi 3,5 hektar olan ərazidə metronun “28 May” stansiyasının və Bakı Dəmiryol Vağzalının qarşısındakı meydanda əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanmış və müasir tələblərə tam cavab verən layihə sənədlərinə əsasən burada piyadaların hərəkəti üçün təhlükəsiz zona yaradılacaq və yalnız ictimai nəqliyyatın girişinə icazə veriləcək. Meydanla yanaşı ətraf ərazi də abadlaşdırılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok faktlar - Görün Nəcməddin Sadıkov 29 min pulla nə edib?