Modern.az

BMU-da magistraturaya 20 ixtisas və 28 ixtisaslaşma üzrə qəbul aparılır

BMU-da magistraturaya 20 ixtisas və 28 ixtisaslaşma üzrə qəbul aparılır

14 İyun 2024, 16:15

21-30 iyun 2024-cü il tarixlərində magistraturaya qəbul olmaq üçün ixtisas seçimi aparılacaq.

 

2024/2025-ci tədris ili üçün Bakı Mühəndislik Universitetinin (BMU) magistratura səviyyəsində 20 ixtisas və 28 ixtisaslaşma üzrə 215 plan yeri ayrılıb. Onlardan 173-ü Azərbaycan, 42-si ingilis bölməsinin payına düşür.

 

BMU-nun MBA proqramında isə 13 ixtisaslaşma üzrə 270 yer nəzərdə tutulub. Proqram üzrə 240 yer Azərbaycan, 30 yer isə ingilis bölməsi üçün ayrılıb.

 

Magistratura səviyyəsi üzrə ixtisasların tam siyahısı ilə //beu.edu.az/az/page/magistratura-ixtisaslar-159/ linki vasitəsilə tanış olmaq mümkündür.

 

Elektron universitet idarəetmə sisteminə malik olan BMU-da magistraturada təhsil alan şəxslərin yüksəkixtisaslı mütəxəssis kimi yetişmələri üçün geniş imkanlar (ən son avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, müasir auditoriyalar, tədris və elmi ədəbiyyat fondu olan kitabxana, internet şəbəkəsinə qoşulmuş kompüterlərlə təchiz edilmiş otaqlar), perspektivlər və yüksək səviyyəli elmi-pedaqoji kadrlar vardır.

 

Vurğulamaq vacibdir ki, universitetdə magistraturada təhsil alan tələbələrin yataqxana ilə təmin olunması üçün də şərait yaradılır.

 

Bakalavrları BMU-da magistratura səviyyəsində təhsil almağa dəvət edirik!

 

Whatsapp
Bizə yazın!
Keçid et
Şok faktlar - Görün Nəcməddin Sadıkov 29 min pulla nə edib?