Modern.az

Bayramda Baytarlıq Xidmətləri Mərkəzi gücləndirilmiş iş rejimində çalışacaq - FOTO

Bayramda Baytarlıq Xidmətləri Mərkəzi gücləndirilmiş iş rejimində çalışacaq - FOTO

14 İyun 2024, 16:50

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi Qurban bayramı ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

 

Modern.az xəbər verir ki,Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi heyvanların satışı və kəsimi məntəqələrində baytarlıq-sanitariya tədbirlərinin  təşkili istiqamətində işlərə başlanılmışdır.

 

Qurban bayramı  günlərində kəsiləcək qurbanlıq  heyvanların sağlamlığının müəyyən edilməsi məqsədilə AQTA-nın baytar mütəxəssisləri ilə birgə heyvanların kliniki müayinədən keçirilməsi üçün kəsim məntəqələrinə baytar həkimləri təhkim edilib və bayram günlərində rayon HSBX idarələri gücləndirilmiş iş rejimində  fəaliyyətini davam etdirəcəkdir. Həmçinin heyvan kəsimi və satışı məntəqələrində  baytarlıq - sanitariya qaydalarına  uyğun profilaktiki dezinfeksiya tədbirləri həyata keçiriləcəkdir.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!