Modern.az

Neftçalada "Milli Qurtuluş Günü” tədbiri - FOTOLAR

Neftçalada

Aktual

15 İyun 2024, 10:44

Neftçala rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “15 İyun Milli Qurtuluş Günü” nə həsr olunan ümumrayon tədbirində Nefçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq- mühafizə orqanlarının rəhbərləri, YAP Neftçala rayon təşkilatının sədri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Modern.az xəbər verir ki, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini yad ediblər.

 

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

 

 

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Milli Qurtluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olub və 31 il əvvəl xalqın təkidlilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev böyük xilaskar missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoyub. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşan genişmiqyaslı layihələr dövlətimizin inkişafına, möhkəmlənməsinə zəmin yaratdı və bu gündə bu uğurlu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Tədbirdə çıxış edən digər natiqlər- Şirvan-Salyan Regional Təhsil İdarəsinin məsul şəxsi Vüqar Dadaşov, tarixçi araşdırmaçı Firdovsi Tağıyev, məktəb direktoru Rühəngiz Nəcəfova, Neftçala Gənclər və İdman Sektorunun müdiri Araz Əhmədov çıxış edərək 15 İyun-Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışıb, Prezident cənab İlham Əliyevin Ümummilli Liderin siyasi xəttini layiqincə davam etdirdiyini diqqətə çatdırıblar.

 

Tədbir Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən videoçarxın nümayiş etdirilməsi ilə davam edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı