Modern.az

Bu il ölkəmizə gələn əcnəbilərin sayı AÇIQLANDI

Bu il ölkəmizə gələn əcnəbilərin sayı AÇIQLANDI

15 İyun 2024, 15:36

“2024-cü ilin yanvar-may ayları ərzində ölkəyə səfər edən əcnəbi vətəndaşların  sayı 965 555 nəfər olub” . 

 

Modern.az xəbər verir ki, bunu Şahdağ Turizm Mərkəzində keçirilən mətbuat konfransında Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib. 

 

O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə turist sayında 35 faiz artım olub:

 

“Proqnozlara əsasən qarşıda Azərbaycanda keçiriləcək irimiqyaslı tədbirlərin olmasını nəzərə alaraq, ilin sonuna qədər ölkəyə gələn xarici vətəndaşların sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağını, 2024-cü ilin turizm axınının bərpası ili kimi yekunlaşacağı  proqnozlaşdırılır”.

 

Rahib Ələsgərov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq