Modern.az

Ədliyyə Nazirliyinin idarə rəisi işdən çıxarıldı

Ədliyyə Nazirliyinin idarə rəisi işdən çıxarıldı

15 İyun 2024, 16:00

Malik Ələkbərov Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Report"a nazirlikdən məlumat veriblər.

 

Bildirilib ki, dövlət başçısının fərmanı ilə Ədliyyə Nazirliyində struktur dəyişikliyi həyata keçirilib:

"Bununla əlaqədar Malik Ələkbərov vəzifəsindən azad edilərək sərəncama götürülüb".

 

Qeyd olunub ki, Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət Baş İdarəsinin rəisi vəzifəsinin icrası İlham Abasquliyevə həvalə edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq