Modern.az

3 ton çətənə məhv edildi 

3 ton çətənə məhv edildi 

Aktual

16 İyun 2024, 08:15

Samuxda yabanı halda bitən 3 ton 100 kq çətənə bitkisi məhv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

 

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-xaş 2024” planına uyğun olaraq keçirdikləri tədbirlərlə rayonun Ziyadlı kəndi ərazisində yabanı halda bitən 3 ton 100 kq 4950 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır