Modern.az

2 milyondan çox müsəlman hacı oldu

2 milyondan çox müsəlman hacı oldu

16 İyun 2024, 10:43

Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına 2 milyondan çox müsəlman gəlib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, müsəlmanlar gecə yarısından başlayaraq qrup halında təqribən 3,5 kilometr yol qət edərək, Cəmarətdəki şeytan daşlama sahəsindəki böyük şeytan adlandırılan “Əqəbə Cəmrəsi”nə 7 daş atıblar.

 

Bir çox müsəlman şeytanı daşladıqdan sonra Kəbəyə doğru uzun bir gəzintiyə çıxıb. Beləliklə, vəzifələrini yerinə yetirən müsəlmanlar hacı olublar.

 

Zəvvarlardan bəziləri səhər və bayram namazlarını Kəbədə qılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var