Modern.az

Bakı avtovağzalında sıxlıq - 2 gündə 20 mindən çox sərnişin

Bakı avtovağzalında sıxlıq - 2 gündə 20 mindən çox sərnişin

16 İyun 2024, 12:07

Gücləndirilmiş iş rejiminin iki günü ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 20 min 623 sərnişin mənzil başına çatdırılıb.

 

Modern.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən məlumat verir ki, iki gündə 634 reys həyata keçirilib.

 

Bildirilib ki, bayramlarla əlaqədar vətəndaşların bölgələrə axını müşahidə edilir. Sərnişinlərə səfərlərini rahat planlamaları üçün biletləri əvvəlcədən “biletim.az” portalından onlayn qaydada əldə etmələri tövsiyə olunur.

 

Qeyd edək ki, hazırda “biletim.az” portalında 45 şəhər və rayona, 68 istiqamət üzrə bilet almaq mümkündür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var