Modern.az

Hakimiyyətyönlü deputatlar Ermənistan parlamentinin növbədənkənar iclasını boykot etdilər - SƏBƏB

Hakimiyyətyönlü deputatlar Ermənistan parlamentinin növbədənkənar iclasını boykot etdilər - SƏBƏB

17 İyun 2024, 11:57

Ermənistan parlamentinin bu gün - iyunun 17-də qanunla çağırılan növbədənkənar iclasında hakim “Mülki müqavilə” fraksiyası iştirak etməyəcək.

Modern.az xəbər verir ki, bu barədə “Mülki müqavilə” fraksiyası katibi Artur Hovhannisyan “Armenpress”ə müsahibəsində bildirib.

“Bizim fraksiya növbədənkənar iclasda iştirak etməyəcək, çünki müxalifətin gündəliyi saxtadır və Ermənistan Respublikasının dövlət maraqlarından irəli gələn gündəliyə uyğun gəlmir. Belədə də növbədənkənar iclas bizim iştirakımız olmadan baş tuta bilməz. Növbədənkənar iclas qanunun gücü ilə çağırılacaq, lakin yetərsay olmadığına görə baş tutmayacaq”, - Hovhannisyan bildirib.

İyunun 17-də saat 18:30-da Ermənistan parlamentinin müxalifətdən olan “Hayastan” və “Mənim şərəfim var” fraksiyalarının təşəbbüsü ilə növbədənkənar sessiyası keçirilməlidir. Gündəliyə “Hökumətin istefası və yeni hökumətin formalaşdırılmasının zəruriliyi haqqında” müraciət layihəsi daxildir.


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı