Modern.az

DİN Sumqayıtdakı hadisə ilə bağlı məlumat yaydı 

DİN Sumqayıtdakı hadisə ilə bağlı məlumat yaydı 

Aktual

17 İyun 2024, 20:29

Bəzi sosial media səhifələrində iyunun 14-də gecə saatlarında Sumqayıtda şəhər sakini 37 yaşlı Elvin İsgəndərovun polis bölməsində xəsarətlərdən ölməsi ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.

 

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

 

Sumqayıt şəhərində kafelərin birində sərxoş vəziyyətdə bir neçə şəxs arasında münaqişə olması ilə bağlı daxil olan məlumat üzrə saat 23:30 radələrində polis əməkdaşları həmin ünvana yaxınlaşıblar.

 

Tərəflər arasında yaranan gərginlik aradan qaldırıldıqdan sonra onlar bölməyə dəvət ediliblər. Onlardan E.İsgəndərov bölmənin qarşısında, dayandığı yerdə qəfil müvazinətini itirərək yerə yıxılıb. Hadisə bir neçə nəfərin, qohumlarının, dostlarının, qardaşların yanında və müşahidə kamerasının altında baş verib. Təcili tibbi yardım dəvət olunmasına baxmayaraq, E.İsgəndərov vəfat edib. Həkim rəyinə əsasən onun ölümünə səbəb qaraciyər serrozu və ürək tutması olub.

 

Qeyd olunanları nəzərə alaraq vətəndaşın ölümündə hər hansı kənar müdaxilə olması iddiaları əsassızdır.

 

Hazırda ölüm faktı aidiyyəti üzrə araşdırılır, kamera görüntüləri də araşdırmaya təqdim edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı