Modern.az

Bakıda naməlum şəxslərin sorğu keçirməsi araşdırılır - NAZİRLİK

Bakıda naməlum şəxslərin sorğu keçirməsi araşdırılır - NAZİRLİK

18 İyun 2024, 13:07

Paytaxtın Yasamal rayonunda naməlum şəxslərin müxtəlif ünvanlarda sorğu keçirməsi ilə bağlı sosial mediada yayılan görüntülər araşdırılıb.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həmin şəxslər müəyyən olunub, onların əməllərində hər hansı cinayət tərkibi aşkarlanmayıb. Onların xidmət sahəsində çalışan şirkətlərdən birinə aid menecerlər olması məlum olub:

 

"Sakinlərin narahatlığına hər hansı əsas yoxdur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var