Modern.az

Makron rejimi davamlı sülhün təmin olunmasına maneə olur

Makron rejimi davamlı sülhün təmin olunmasına maneə olur

Aktual

18 İyun 2024, 19:59

"Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə olur”.

 

Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

 

Qeyd olunub ki, bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini davam etdirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var