Modern.az

Bakıda ümumşəhər iməciliyi keçiriləcək

Bakıda ümumşəhər iməciliyi keçiriləcək

20 İyun 2024, 09:44

İyunun 22-də Bakıda növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyi keçiriləcək.

 

Bu barədə Modern.az-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, iməciliyin məqsədi şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsidir.

 

BŞİH paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə, həmçinin özlərinə məxsus obyekt və mənzillərin pəncərələrini, vitrinlərini, ətraf ərazilərini təmizləməyə çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?