Modern.az

Həcc ziyarətində ölənlərin sayı 900-ü ÖTÜB

Həcc ziyarətində ölənlərin sayı 900-ü ÖTÜB

20 İyun 2024, 11:02

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yüksək temperatur səbəbindən ölənlərin sayı 900-ü ötüb.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı ərəb diplomata istinadən “France-Presse” agentliyi yayıb. 

 

Məlumata görə, builki Həcc ziyarəti zamanı 922 nəfərin istidən həlak olduğu bildirilir. 

 

Ölənlər arasında 600-ə yaxın şəxs misirli zəvvarlardır. Ümumilikdə isə ölən zəvvarlar İordaniya, İndoneziya, İran, Seneqal və Tunis vətəndaşlarıdır. Həyatını itirənlər arasında 23 Türkiyə vətəndaşının olduğu bildirilir.

 
İranın IRINN kanalı 11 İran vətəndaşının həyatını itirdiyini, 24 nəfərin isə xəstəxanada müalicə olunduğunu açıqlayıb.
 

Məlumata görə, ölümlərin əksəriyyəti ürək-damar və infeksiya ilə əlaqəli xəstəliklərdən dünyasını dəyişib.

 

Bununla belə, Səudiyyə Ərəbistanı ölkədə istidən həlak olan zəvvarlar barədə məlumat yaymayıb. 

 

Xatırladaq ki, bazar ertəsi Məkkədə havanın temperaturu 51 dərəcəyə çatıb. Daha əvvəl isə Həcc ziyarəti zamanı istidən 550 nəfərin öldüyü açıqlanmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?