19.06.2024-cü il tarixində saat 11:05 radələrində 2005-ci il təvəllüdlü şəxs doğuş üçün Lökbatan Tibb Mərkəzinin nəznində yerləşən 4 saylı Doğum evinə müraciət edib. 19.06.2024-cü il tarixində Doğum şöbəsinin həkimi mama-ginekoloq Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30-da radələrində pasiyentin qız övladı dünyaya gəlib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Görüntülərdə əks olunan hadisə ilə bağlı hazırda TƏBİB tərəfindən araşdırılma aparılır. Araşdırma yekunlaşdıqdan sonra əlavə məlumat veriləcəkdir.
***
12:05
Qaradağ rayon Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində Vətən müharibəsi qazisindən rüşvət tələb olunduğuna dair görüntülər yayılıb.
Modern.az xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkədə paylaşılıb.
İddiaya görə, Sevinc adlı tibb bacısı qazidən övladının anadan olmasına görə pul istəyib.
Görüntülərlə bağlı TƏBİB-lə əlaqə saxldıq. Qurumdan Modern.az-a verilən məlumata görə, TƏBİB sözügedən görüntülərdən xəbərdardır.
"Zəruri araşdırmalar edildikdən sonra məlumat veriləcək", - açıqlamada deyilir.