Modern.az

“Qızım Amerikada evləndi, toyda iştirak edə bilmədik” - Meyxanaçı

“Qızım Amerikada evləndi, toyda iştirak edə bilmədik” - Meyxanaçı

20 İyun 2024, 12:28

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də ailə həyatı qurub.

 

Modern.az xəbər verir ki, bu barədə onun özü “Qonaqcanlı” verilişində bildirib.

 

O, qızının bu ilin iyun ayında Mehdi adlı bəylə ailə qurduğunu deyib: “Oğlan Amerikada işləyirdi. Qızım da təhsillə bağlı getdi. Həm ziyarət, həm ticarət. Onlar bir-birini çoxdan istəyirdilər. Həm təhsil almağa, həm onunla ailə qurmağa getdi. İyunun 8-də toy olub. Biz iştirak edə bilmədik. Qismət, Allah necə yazıb, elə də olmalıdır. El adəti ilə orada toy olub".

 

Ağamirzənin sözlərinə görə, toyu Elariz Məmmədoğlu idarə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?