Modern.az

Paşinyan Zəngəzur səfərini qapalı müzakirəyə çıxardı

Paşinyan Zəngəzur səfərini qapalı müzakirəyə çıxardı

Aktual

20 İyun 2024, 13:32

Ermənistan hökumətinin iyunun 20-də keçirilən iclası cəmi 20 dəqiqə çəkib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, gündəliyə daxil edilmiş 46 məsələdən yalnız 3-ü sürətləndirilmiş qaydada müzakirəyə çıxarılıb.

Daha sonra Ermənistanın baş naziri Nikol Paşinyan danışıb: “Bizim gündəmimiz tükənib, lakin mən Sünik  (Zəngəzur) səfərindən sonra qapalı formatda iş məsələlərini müzakirə etmək istəyirəm”.

Daha sonra görüşün canlı yayımı kəsilib.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular