Modern.az

Məkkədə ölən zəvvarlar: azərbaycanlılar hansı təhlükələrlə üzləşdilər? 

Məkkədə ölən zəvvarlar: azərbaycanlılar hansı təhlükələrlə üzləşdilər? 

20 İyun 2024, 14:43

Xarici KİV-lərin yaydığı məlumata görə, Səudiyyə Ərəbistanında davam edən Həcc ziyarəti zamanı ölən zəvvarların sayı 1000 nəfəri keçib. Onların istidən öldüyü bildirilir.

Qeyd edilir ki, bu il Həcc ziyarəti zamanı Məkkədə havanın temperaturu 52 dərəcəyə çatıb.

Ölənlərin 600-ə yaxını misirli zəvvarlardır. Ümumilikdə isə ölən zəvvarlar İordaniya, İndoneziya, İran, Seneqal və Tunis vətəndaşlarıdır.

Bəs azərbaycanlı zəvvarlarla bağlı vəziyyət necədir?

Modern.az Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemi məsulu Vüsal Cahangiri ilə əlaqə saxlayıb.


Saytımıza açıqlamasında Vüsal Cahangiri bildirib ki, bütün təhlükələr sovuşub:


"Çətin şərait Mina və Ərəfat dağlarında, Müzdəlifə çölündəydi. Artıq sözügedən ərazilərdəki ziyarət yekunlaşıb. Bütün təhlükələr sovuşub. Ölənlər ayrı-ayrı ölkələrdən qaçaq, qeyri-qanuni gələn, avtobusu, çadırları, sərin suları, yeməkləri olmayan, piyada insanlardır".
 

V.Cahangiri vurğulayıb ki, ölənlər arasında azərbaycanlı zəvvar yoxdur:
 

"Ölənlər arasında azərbaycanlılar yoxdur. Bizim zəvvarlar üçün sərin su, kondisioner, avtobus - hər şey tədarük olunub. Ola bilər kimdəsə, bir az günvurma, halsızlıq, boğaz şişməsi olub. Lakin həmin şəxslər barədə zəruri tədbirlər görülüb. Hazırda bütün zəvvarlar oteldə dincəlirlər. Gözəl şərait var, heç bir problem yoxdur. İndi hamı Mədinəyə getməyi gözləyir".
 

Qeyd edək ki, azərbaycanlı zəvvarların ilk qrupu iyunun 26-da vətənə qayıdacaq. Sonuncu qrup Azərbaycana iyulun 1-də dönəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri