Modern.az

\"Müayinələr aparılanda vətəndaşa deyə bilmirik ki, evlənməyin”

\

20 İyun 2024, 16:20

“Nazirlər Kabinetinin müvafiq qərarı ilə nikahdan əvvəl müayinələr aparılanda vətəndaşa deyə bilmirik ki, evlənməyin”. 

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

 

“Biz tövsiyə verə bilərik ki, siz hər hansı xəstəliyin daşıyıcısısız. Evlənsəniz, xəstə uşaq doğulacaq. Onları evlənib-evlənməməsi özlərindən asılıdır. Belə xəstəliklərdən talassemiyanın ağır formaları çoxalıb. Müayinədə biz belə hallarla qarşılaşırıq. Ona görə də uşaqlarda anadangəlmə qüsurlar da çoxalıb”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri