Modern.az

Bayram günlərində 47 mindən çox sərnişin daşınıb

Bayram günlərində 47 mindən çox sərnişin daşınıb

20 İyun 2024, 16:52

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

 

Bu barədə Modern.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

 

Ümumilikdə bayram günlərində 1591 reys həyata keçirilib, 47 min 306 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

 

Qeyd edilən tarixlərdə xətlərə əlavə 200-yə yaxın avtobus buraxılıb.

 

Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də //biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular