Modern.az

Kərim Vəliyev Serbiya şirkətinin məhsulları ilə tanış oldu

Kərim Vəliyev Serbiya şirkətinin məhsulları ilə tanış oldu

20 İyun 2024, 19:29

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Serbiyaya rəsmi səfəri davam edir.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

General-polkovnik K.Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə "Yugoimport SDPR" şirkətini ziyarət edib.

 

Baş Qərargah rəisi şirkətin məhsulları ilə tanış olduqdan sonra döyüş sistemləri zavoduna gəlib. Azərbaycan nümayəndə heyətinə zavodun əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

 

Sonra "Rastko Nemanyiç" hərbi şəhərciyi və xüsusi əməliyyatlar briqadası ziyarət olunub. Burada Azərbaycan Ordusunun Baş Qərargah rəisinə silah və texnika nümunələri təqdim edilib.

 

General-polkovnik K.Vəliyev sonda döyüş hazırlığı üzrə icra edilən fəaliyyətləri izləyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq