Modern.az

Qərb bölgəsində güclü külək əsir

Qərb bölgəsində güclü külək əsir

20 İyun 2024, 20:18

Azərbaycanda faktiki hava açıqlanıb.

 

Modern.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin iyunun 20-si saat 20:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi sarı və narıncı xəbərdarlığa uyğun olaraq ölkənin qərb rayonlarında hazırda güclü külək əsir. 

 

Sarı xəbərdarlığa uyğun olaraq Ağstafa, Tovuz, Tərtər, Bərdə, Yevlax, Şəki, Daşkəsən, Göygöldə küləyin sürəti 21 m/s-dir. Narıncı xəbərdarlığa uyğun olaraq Mingəçevir, Gəncə, Goranboy, Naftalan, Şəmkirdə isə küləyin sürəti 26-30 m/s təşkil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq