Modern.az

Aparat rəhbəri Siyəzən vətəndaşlarla görüşəcək

Aparat rəhbəri Siyəzən vətəndaşlarla görüşəcək

21 İyun 2024, 09:34

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli iyunun 28-də saat 10:00-da Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Modern.az-a bildirilib ki, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

 

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzinə (077-299-11-53) zəng etməklə qeydiyyatdan keçə bilərlər. Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI