Modern.az

Azərbaycanda 20 uşaq himayədar ailələrə verilib

Azərbaycanda 20 uşaq himayədar ailələrə verilib

Aktual

22 İyun 2024, 14:32

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən artıq 20 uşaq himayədar ailələrə verilib. Onlardan 5-i oğlan, 15-i qızdır.

Modern.az xəbər verir ki, uşaqlardan 10-u Bakı şəhərində, 10-u rayonlarda (o cümlədən 2-si Lənkəranda, 1-i Cəlilabadda, 1-i Ağcabədidə, 1-i Biləsuvarda, 1-i Zaqatalada, 1-i Gəncədə, 1-i Göyçayda, 1-i Şamaxıda, 1-i Xaçmazda) yaşayan himayədar ailələrə verilib.

Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.

Himayədar ailələrə himayəyə götürdükləri 6 yaşadək uşağa görə 355 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 395 manat), 7-13 yaşarası uşağa görə 375 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 415 manat), 14-18 yaşarası uşağa görə 395 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 435 manat) aylıq müavinət verilir.

Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün həmin ailələr hər rübdə bir dəfə hər uşağa görə 200 manat birdəfəlik müavinətlə də təmin edilirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var