Modern.az

Hansı QHT sədrləri parlament seçkilərində namizəd olmaq istəyirlər...

Hansı QHT sədrləri parlament seçkilərində namizəd olmaq istəyirlər...

Aktual

22 İyun 2024, 17:37

Azərbaycanda VII çağırış Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Parlamentarlar Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət ediblər.

Yaxın anlarda dövlət başçısı deputatların növbədənkənar seçkilərə dair müraciətinə cavab verəcək.

Böyük ehtimalla parlament seçkiləri noyabrda deyil, xeyli əvvəl - sentyabrda keçiriləcək.

Cəmiyyət növbəti - VII çağırış Milli Məclisin yeni çağırışlara və yeni dövrün tələblərinə cavab verən deputatlardan təşkil olunacağını gözləyir. Şübhəsiz ki, növbədənkənar seçkilərdə namizədliyini irəli sürən müxtəlif simalar görəcəyik. Onların sırasında QHT sədrlərinin də olacağı istisna deyil.


Modern.az-ın əməkdaşı bir sıra QHT sədrləri ilə əlaqə saxlayaraq onlardan namizədliyini irəli sürüb-sürməyəcəklərini soruşub.
 

Demokratiya və İnsan Hüquqlari Komitəsinin sədri Çingiz Qənizadə seçkilərdə iştirak etməsinin partiyanın qərarından asılı olacağını bildirib:
 

"Parlament seçkilərində namizəd olmaq barədə düşünürəm. Amma mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Partiya məsləhət bilib hər hansı dairədən namizədliyimi irəli sürsə, onda böyük məmuniyyətlə, seçkilərdə iştirak edəcəyəm. Partiya məsləhət bilmədiyi halda, seçkilərdə iştirak etməyəcəm.


Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasıının sədri Sahib Məmmədov parlament seçkisində iştirakla bağlı fikirləşmədiyini deyib:
 

"Bu bərədə fikirləşməmişəm. Yəni seçkilərdə passiv iştirak etməsəm də, aktiv seçki hüququmdan mütləq istifadə edəcəm".
 

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov söyləyib ki, namizəd olub-olmaması ilə bağlı ictimai birlik üzvlərinin məsləhəti həlledici rol oynayacaq:

"Bununla bağlı ictimai birliyin üzvləri ilə məsləhətləşmişik. Yəni seçkilərdə iştiraka təkbaşına qərar verməmişəm. Əgər mənim namizədliiyim münasib görürlərsə, Yasamal dairəsindən namizəd olmalıydım. Ömürboyu Yasamalda yaşadığıma görə buranın hər hansı dairəsindən namizədliyimi verə bilərəm. Artıq bunu dəqiqləşdirmişik, Yasamaldan namizəd olacağam".


"Prioritet" Sosial İqtiasdi Araşdırmalar Mərkəzinin rəhbəri Zaur İbrahimli isə parlament seçkilərində namizəd kimi iştirak etmək barədə düşünmədiyini qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur