Modern.az

Qaxa güclü dolu düşdü

Qaxa güclü dolu düşdü

Aktual

23 İyun 2024, 00:51

İyunun 22-də saat 23 radələrindən başlayaraq Qax rayonu ərazisində güclü külək başlayıb.

 

Modern.az Rayon Fövqəladə Hallar Komissiyasına istinadən bildirir ki, Qax şəhəri və ətraf kəndlərin ərazisində leysanla müşahidə edilən külək əsib. Daha sonra leysan dolu ilə əvəzlənib.

 

15-20 dəqiqə davam edən dolu fərdi təsərrüfatlara və meyvə ağaclarına ziyan vurub.

 

Külək bəzi ərazilərdə şiddətləndiyindən təhlükəsizlik tədbiri olaraq elektrik enerjisinin verilməsi dayandırılıb.

 

Komissiyadan bildirilib ki, hələlik ciddi fəsadlarla bağlı qaynar xəttə hər hansı məlumat daxil olmayıb. Müvafiq təşkilatlar və onların növbətçi qrupları vəziyyətlə bağlı xəbərdar edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi