Modern.az

Ötən gün təhvil və aşkar edilərək götürülən silahların SAYI

Ötən gün təhvil və aşkar edilərək götürülən silahların SAYI

Aktual

24 İyun 2024, 10:28

Ötən gün təhvil və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az verilən məlumata görə, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. İyunun 22-də və 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 5 tüfəng, 5 patron darağı və müxtəlif çaplı 41 patron təhvil götürüblər.

 

Eyni zamanda, keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 12 tüfəng aşkar edilərək götürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi